İtaliyanın şimal-qərbində yerləşən Turin şəhərində bələdiyyə məclisinin üzvü Abdullahi Əhməd Fələstinə dəstək olaraq bələdiyyə binasının önünə Fələstin bayrağı asıb.
Az.rasthaber.com xəbər verir ki, Əhməd, AA müxbirinə verdiyi açıqlamada, Fələstinə dəstəyini və həmrəyliyini göstərmək və "Bütün gözlər Rəfahda" kampaniyasına qatılmaq üçün son vaxtlar oxşar praktikanı həyata keçirən Bolonya Bələdiyyəsi kimi şəhər meriyasında Fələstin bayrağını asdığını bildirib.
Oxşar vəziyyət daha əvvəl Turindən başqa ölkədə, Bolonya şəhərində də baş vermişdi. Bolonya Bələdiyyə Başçısı Matteo Lepore D'Accursio Sarayının, bələdiyyə binasının ön fasadında Qəzzada atəşkəs tələb edən pankartın yanında Fələstin bayrağı asıb.