İtaliyanın Antiinhisar Xidməti “Amazon” onlayn pərakəndə satış şirkətini “bazarda dominant mövqedən sui-istifadə” ittihamı ilə 1 milyard 128 milyon avro (2,2 milyard manat) cərimələyib.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Rəqabətin və Bazarın Müdafiəsi İdarəsinin (AGCM) məlumatında deyilir.
Tənzimləyicinin bildirdiyinə görə, mağaza “İtaliya bazarında mütləq üstünlük mövqeyindən” yararlanıb, bu da ona öz çatdırılma xidmətini inkişaf etdirməyə və təbliğ etməyə imkan verib. Bu isə internet-ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə zərər vurub.