İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin gələn bazar ertəsi görüşəcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İraqın xarici işlər naziri Fuad Hüseynin təklifi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirləri gələn bazar ertəsi onlayn görüş keçirəcəklər.
Mətbuat katibi Kənaninin sözlərinə görə, bu görüşdə İsveç və Danimarkada Qurani-Kərimə qarşı hörmətsizlik müzakirə olunacaq.