İƏT Haniyə ilə bağlı fövqəladə iclas keçirəcək

İƏT Haniyə ilə bağlı fövqəladə iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin İranda şəhadətindən sonra növbədənkənar iclas keçirir. İƏT-dən verilən açıqlamada, Fələstin xalqına qarşı soyqırım və pozuntuları müzakirə etmək üçün çərşənbə günü, avqustun 7-də xarici işlər nazirləri səviyyəsində fövqəladə toplantının keçiriləcəyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, bəyanatda qeyd olunub ki, İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən qərargahında keçiriləcək “İƏT Açıq İştirakçılığa dair İcraiyyə Komitəsinin fövqəladə iclası” xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Sionistlərin 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı başlatdığı soyqırım müharibəsindən sonra dəfələrlə görüşən İƏT bu günə qədər Qəzza və Fələstin üçün heç bir konkret addım atmayıb.

Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla, 39 min 583 fələstinli şəhid olub, 91 min 398 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə şəhidin olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar və təhsil ocaqları hədəfə alınır və mülki infrastruktur da sionist İsrail tərəfindən hücuma məruz qalır.

Xəbəri paylaş

VİDEOLAR