İƏT Cənubi Afrikanın İsrailin Soyqırımı ilə bağlı Beynəlxalq Məhkəmədə qaldırdığı işi alqışlayıb

İƏT Cənubi Afrikanın İsrailin Soyqırımı ilə bağlı Beynəlxalq Məhkəmədə qaldırdığı işi alqışlayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Cənubi Afrikanın Qəzza zolağında 21 mindən çox fələstinlini qətlə yetirən işğalçı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırım iddiasını alqışlayıb.

Az.rasthaber.com xəbər verir ki, İƏT-dən verilən yazılı açıqlamada bu ifadələr yer alıb: “İsrail ordusunun işğal etdiyi Fələstin torpaqlarında törətdiyi soyqırımı dayandırmaq üçün Beynəlxalq Ədalət Məhkəməsini təcili müdaxilə etməyə və təcili tədbirlər görməyə çağırırıq.

İƏT təsdiq edir ki, İsrail qüvvələri Qəzzada fərq qoymadan mülki əhalini, əsasən də qadın və uşaqları hədəfə alır, öldürür, yaralayır və zorla köçürür.

Mülki əhalini hədəfə almaq, onları əsas ehtiyaclardan və humanitar yardımlardan məhrum etmək, evləri, səhiyyəni, təhsili və dini qurumları dağıtmaq soyqırımdır.

İƏT işğalçı İsrailin Fələstin xalqına qarşı törətdiyi soyqırım cinayətinə görə Cənubi Afrika Respublikasının Beynəlxalq Məhkəmədə qaldırdığı iddianı alqışlayır”.

Xəbəri paylaş

VİDEOLAR