İsveçrə ukraynalı qaçqınları “mədəni” şəkildə qovmaq istəyir

İsveçrə ukraynalı qaçqınları “mədəni” şəkildə qovmaq istəyir

İsveçrə rəhbərliyi Ukraynadan olan qaçqınların öz ölkələrinə geri dönmələri üçün onların hər birinə 4400 dollaradək ödəniş etməyə hazırdır.

Az.rasthaber.com “SwissInfo”ya istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin hesabatında bildirilib.

İsveçrə hökuməti belə nəticəyə gəlib ki, qaçqınların könüllü şəkildə ölkəni tərk etməsini təşviq etmək onların İsveçrə ərazisində müavinət müqabilində yaşamasından daha ucuz başa gələcək.

Məhz buna görə də İsveçrə hökuməti hər bir ukraynalı qaçqına öz vətənlərinə geri dönmələri üçün 1090-4355 ABŞ dolları məbləğində maliyyət yardımını gözdən keçirməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR