İsveçdə yüzlərlə insan Qəzza üçün Yeni il şənliklərini ləğv edib

İsveçdə yüzlərlə insan Qəzza üçün Yeni il şənliklərini ləğv edib

İsveçin paytaxtı Stokholmda Qəzza xalqı ilə həmrəy olaraq Yeni il şənliyini ləğv edən yüzlərlə insan Fələstinə dəstək nümayiş etdirib.

Az.rasthaber.com xəbər verir ki, ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə havaların soyumasına baxmayaraq Segels Torq meydanına toplaşan nümayişçilər Yeni ili qeyd etmək əvəzinə, İsrail tərəfindən şəhid olan uşaqlar və mülki vətəndaşlar üçün yas tutdular.

Nümayişçilər əllərində “Azad Fələstin, azad Qəzza”, “Soyqırımı dayandırın” və “İsraili boykot edin” yazılı plakatlar qaldırıblar.

Nümayişçilər Qəzzaya hücumların dərhal dayandırılmasını istəyib və "Fələstinə Azad", "İşğala son" və "Qatil İsrail" kimi şüarlar səsləndiriblər.

Etirazçılar İsveç və ABŞ-ın İsrailə verdiyi dəstəyə reaksiya göstərərək, iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduqlarını bildiriblər.

Qrup adından edilən çıxışda İsrailin uşaq, qadın və jurnalistləri qətlə yetirməsi səbəbilə Yeni il gecəsini qeyd etmədikləri, əksinə Fələstin xalqının səsini eşitdirməyə çalışdıqları ifadə edildi.

Xəbəri paylaş

VİDEOLAR