İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçısı Salvan Momika şənbə günü yeni analoji nümayiş keçirməyi planlaşdırır.
“Əgər Belçikadakı terror hücumu hansısa şəkildə Quranın yandırılması ilə bağlıdırsa, bu, mənim məsuliyyətim deyil”, - Momika bəyan edib.
Xatırladaq ki, oktyabrın 16-da Belçikanın paytaxtında futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib. Belçika prokurorları Brüssel hücumunun İsveçdə Quranın yandırılması ilə əlaqəli olub-olmadığını araşdırırlar.