ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı sualı cavablandırıb.
Az.rasthaber.com xəbər verir ki, sözügedən hərəkətin həyəcan verici olduğunu bildirən Miller deyib:
"Biz bunu pisləyirik, lakin Birləşmiş Ştatlar həm də ifadə azadlığını və dinc toplaşmaq hüququnu demokratiyanın elementləri kimi görür".
Miller bildirib ki, Qurani-Kərimin yandırılması İsveçdəki müsəlmanlar və digər dini azlıq qrupları üçün “qorxu atmosferi” yaradacaq və onların ibadətlərini sərbəst şəkildə yerinə yetirmək imkanlarına təsir edəcək.
Dini azlıq qrupları üçün daha “inklüziv” mühitin yaradılması üçün səylər göstərilməli olduğunu qeyd edən Miller, “Lakin biz bu nümayişə icazə verilməsini də ifadə azadlığı kimi qiymətləndiririk", - deyə bildirib.
Miller, polisin İsveçdə nümayiş icazələri ilə maraqlandığını ifadə edərək, "Həm insanların bu hərəkətləri etmək hüququ olduğunu düşünə bilərik, həm də onların bədbəxt olduqlarını iddia edə bilərik" deyib.