İsveç məhkəməsi iki Quran yandırmağı qadağan edən polis qərarını ləğv edib.
Az.rasthaber.com xəbər verir ki, qərarı ləğv edən məhkəmə təhlükəsizlik riski ilə bağlı narahatlıqların nümayiş hüququnu məhdudlaşdırmaq üçün kifayət etmədiyini bildirib.
Hakim Eva-Lotta Hedin Stokholmdakı Türkiyə və İraq səfirlikləri qarşısında keçirilməsi planlaşdırılan etiraz aksiyaları ilə bağlı "Polis səlahiyyətlilərinin qərarlarına kifayət qədər dəstək yoxdur", - deyə qeyd edib.