Türkiyənin İsveç səfiri Hakkı Emre Yunt İsveçdə polisin himayəsi altında məscidlərin qarşısında Quranın yandırılması təxribatını heç vaxt qəbul etmədiklərini bildirib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin İsveçdəki səfiri Hakkı Emre Yunt İsveçdə polisin himayəsi altında məscidlərin qarşısında Quranın yandırılması təxribatını heç vaxt qəbul etmədiklərini bildirərək deyib: “Danimarkanın ifrat sağçı “Sərt istiqamət” (Stram Kurs) partiyasının sədri Rasmus Paludan mayın 1-də İsveçdə məscidlər qarşısında Quranın yandırılmasını təhrik edərək müsəlmanları yenə narahat edib və ölkədə qarışıqlıq yaratmağa çalışıb.
Polis Paludana nümayişə icazə verməsə də, o, “Quran yandırma təxribatı”nı aparır və polis himayə edir.
Mən İsveç Xarici İşlər Nazirliyi səlahiyyətlilərə bu çirkin təxribatın nifrət cinayəti olduğunu bildirdim və lazımi tədbirlərin görülməsini xahiş etdib."
Xatırladaq ki, Rasmus Paludan mayın 1-də polis mühafizəçilərinin qoruması ilə Uppsala və Stokholm məscidləri qarşısında Quranı yandırıb.