İsveç Xarici İşlər Nazirliyi İraq rəsmiləri ilə əlaqə saxladıqlarını və Stokholmda Qurani-Kərimə hücum və İsveçin Bağdaddakı səfirliyinə basqın nəticəsində gərginləşən münasibətləri yaxşılaşdırmaq üçün dialoqu davam etdirdiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyinin mətbuat direktoru Karin Bolin SVT dövlət televiziyasına bildirib ki, İsveç xarici işlər naziri Tobias Billström və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.
İraq rəsmiləri ilə danışıqların davam etdiyini bildirən Bolin, "İraq rəsmiləri ilə xarici əlaqələr və yerli səviyyədə təmaslarımız oldu. Əlaqələrimiz və dialoqumuz davam edir. Köhnə vəziyyətə qayıtmaq lazımdır" dedi.