İstanbuldakı təyyarə qəzasında 3 nəfər dünyasını dəyişib

İstanbuldakı təyyarə qəzasında 3 nəfər dünyasını dəyişib

Təyyarənin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində baş verən qəzadan sonra yaralananlardan 3-ü dünyasını dəyişib.

 "Pegasus" aviaşirkətinə məxsus "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində baş verən qəzadan sonra yaralananlardan 3-ü dünyasını dəyişib.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, 179 nəfər həkimə müraciət edib, yaralılardan 3-ünün vəziyyəti yenə də ağır olaraq qalır.

Qeyd edək ki, dünən İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib. 

Olayla bağlı  prokurorluq cinayət işi açıb.

Xəbəri paylaş

VİDEOLAR