İstanbulda taxıl dəhlizi ilə bağlı sənədlər imzalanıb

İstanbulda taxıl dəhlizi ilə bağlı sənədlər imzalanıb

İstanbulda taxıl dəhlizi ilə bağlı imzalar atılıb. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndələri iştirak ediblər.

Az.rasthaber.com xəbər verir ki, Rusiya və Ukrayna tərəfləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iştirakı ilə Dolmabahçe ofisində Taxıl daşınması sazişinin imzalanma mərasimi keçirilib.

Taxılın dünya bazarlarına çıxmasına yol açacaq müqaviləni Rusiyanı təmsil edən müdafiə naziri Sergey Şoyqu imzalayıb.

Ukrayna tərəfinin imzasl isə Aleksandr Kurbakov tərəfindən atılıb.

Daha sonra hər iki mətni Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar imzalayıb.

Xəbəri paylaş

VİDEOLAR