İstanbulda qəzaya uğrayan təyyarənin pilotu həbs olundu

İstanbulda qəzaya uğrayan təyyarənin pilotu həbs olundu

İstanbulun Sabiha Gökçen hava limanında fevralına beşində qəzaya uğrayan təyyarənin pilotu həbs olunub.

İstanbulun Sabiha Gökçen hava limanında fevralına beşində qəzaya uğrayan "Pegasus" aviaşirkətinin təyyarəsinin pilotu həbs olunub.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə NTV telekanalı xəbər yayıb.

Bildirilir ki, məhkəmə prokurorluğun "ehtiyasızlıq səbəbindən bir və ya daha artıq şəxsin ölümünə və xəsarətinə səbəb olduğu" iddiasına görə hava laynerinin kapitanı Mahmud Arslanın həbsi tələbini təmin edib.

Fevralın 5-də İzmirdən İstanbula PC2193 reysini gerçəkləşdirən "Pegasus" aviaşirkətinin təyyarəsi Sabiha Gökçen aeroportunda enərkən enmə zolağının kənarına çıxmış və üç yerə bölünmüşdü. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi məlumata görə, hadisədə 3 nəfər ölmüş, 179 nəfər xəsarət almışdı.

Xəbəri paylaş

VİDEOLAR