İstanbulda kilsəyə hücum: Ölən var

İstanbulda kilsəyə hücum: Ölən var

Hazırda istintaq axtarış tədbirləri görülür

Az.rasthaber.com xəbər verir ki, İstanbulun Sarıyer qəsəbəsindəki Santa Mariya kilsəsinə “bazar günü ibadəti” zamanı silahlı hücum olub. Hücum zamanı 1 nəfərin ölüb, hadisə yerinə çox sayda polis qrupu sövq edilib.
Məlumata görə, bazar günü mərasiminə qatılanlar arasında olan C.T. (adı açıqlanmır) iki maskalı şəxs tərəfindən güllə ilə vurularaq qətlə yetirilib.

Olaydan sonra sosial media hesabından açıqlama verən Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya İstanbulun Sarıyer bölgəsində İtalyan kilsəsinə silahlı hücum edildiyini, hazırda istintaq axtarış tədbirləri görüldüyünü bildirib.

Xəbəri paylaş

VİDEOLAR