İstanbulda (FETÖ) - yə bağlı 28 şübhəli həbs edilib

İstanbulda (FETÖ) - yə bağlı 28 şübhəli həbs edilib

Az.Rasthaber.com xəbər verir ki, İstanbulda vaiz Fətullah Gülənin (FETÖ) təşkilatına qarşı keçirilən əməliyyat zamanı 30-a yaxın şübhəli saxlanılıb.

Az.Rasthaber.com xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Regional Polis İdarəsinin Maliyyə Cinayətlərinin Araşdırılması Bölməsinin qrupları prokurorluqla razılaşdıraraq, “Kaynak Holdinq”lə əlaqəli 122 şirkət, birlik və fonddan daxil olan 975 sərt diskdən məlumatları araşdırıb.

"Araşdırmalar başa çatdıqdan sonra İstanbulda qeyd olunan 36 ünvanda eyni vaxtda əməliyyat keçirən qruplar qadağan olunmuş təşkilatla əlaqədə olmaqda şübhəli bilinən 28 nəfəri yaxalayıb", - nəşr yazır.

4 şübhəlinin xaricdə olduğu qeyd edilir. Bundan başqa, təhlükəsizlik qüvvələri daha 2 şübhəlinin saxlanılması üçün işlərini davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR