İstanbulda 127 milyon saxta dollar ələ keçirildi - VİDEO

İstanbulda 127 milyon saxta dollar ələ keçirildi - VİDEO

İstanbulda keçirilən xüsusi əməliyyat zamanı 127 milyon 500 min saxta dollar ələ keçirilib

Rasthaber Azərbaycan xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxta pul hazırlamaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Məlumata görə, xüsusi əməliyyat zamanı pulların hazırlanmasında istifadə edilən çap maşını və texiki alətlər müsadirə olunub.

Qruplaşma üzvlərinin axtarışı və bu istiqamətdə istintaq araşdırma və əməliyyatlar davam edir.

Qeyd edək ki,  İstanbulda ötən ilin iyul ayında 270 milyon 150 min dollar miqdarında saxta ABŞ dolları ələ keçirilmişdi. Araşdırmalar zamanı qruplaşmanın FETÖ ilə əlaqəsi üzə çıxmışdı.

Xəbəri paylaş

VİDEOLAR