Məhkəmə “Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov haqqında həbs qətimkan tədbiri seçib
Rasthaber Azərbaycan xəbər verir ki, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov (Qurbanoğlu) haqqında İstanbul Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Bu barədə "Hürriyət" qəzeti məlumat yayıb.
Mübariz Mənsimovla birgə saxlanılan Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.
Qeyd edək ki, “Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov iki gün əvvəl İstanbul Prokurorluğunun FETÖ istintaqı çərçivəsində, İstanbul İqtisadi Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.