İsraillilər küçələrə axışdı: "Xain və oğru Netanyahu həbsə getməlidir!"

İsraillilər küçələrə axışdı:

Sionist rejimin paytaxtı Təl-Əvivdə toplaşan minlərlə insan Benyamin Netanyahunun hakimiyyətdən getməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb edərək nümayiş keçirib.

Az.rasthaber.com xəbər verir ki, nümayişçilər əllərində "Xain və oğru Netanyahu həbsə getməlidir" və "Netanyahu, həyatımızdan get" yazılan pankartlar qaldıraraq, "İndi seçki" kimi şüarlar səsləndiriblər.

Nümayişin keçirildiyi Həbimə meydanında quraşdırılan nəhəng ekranda “İndi yeganə ümidimiz seçkilərdir” mesajı görünüb.

Abraham deyib ki, oktyabrın 7-də baş verənlər Netanyahu hökumətinin xalqa və təhlükəsizliyə əhəmiyyət verməkdənsə, diqqətini özlərinə və onların korrupsiyasına yönəltdiyini ortaya qoyub.

Təl-Əviv bu axşam daha bir nümayişin şahidi olub.

Təxminən 200 nəfərlik qrup əllərində ivrit, ərəb və ingilis dillərində “Atəşkəs indi”, “Qırğına, soyqırıma, irqçiliyə və sionizmə yox” və “Qəzzanı bombalamağı dayandırın” yazılı lövhələr daşıyıb.

Xəbəri paylaş

VİDEOLAR