İsrailli prokuror protest verdi: Fələstinli yeniyetmə ömürlük həbs olundu

İsrailli prokuror protest verdi: Fələstinli yeniyetmə ömürlük həbs olundu

Əlsəbah 2016-cı il fevralın 18-də həbs olunub

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İsrail rejimin hərbi apellyasiya məhkəməsi bu rejim prokurorluğunun fələstinli yeniyetmə İhəm Əlsəbahın məhkumluğunun artırılması üzrə protestini qəbul edərək, onu ömürlük həbsə məhkum edib.

Fələstinli yeniyetmə İhəm Əlsəbah əvvəlki məhkəmədə 35 il həbsə məhkum edilmişdi.

Fələstinli Əsirlər Klubu bildirib ki, fələstinli yeniyetmə barədə zalımcasına hökm bir istisna olmayıb, bir qaydadır və daima sionist rejimin hərbi məhkəmələrindəki oxşar məhkəmə işlərində cərəyan edir.

Fələstinli Əsirlər Klubunun məlumatına görə, Əlsəbah 2016-cı il fevralın 18-də həbs olunub.

İsrail  Əlsəbahı bit ticarət kompleksində soyuq silah gəzdirməkdə və sionist hərbçilərə hücum etməkdə ittiham edib.

Xəbəri paylaş

VİDEOLAR