İsrailli nazirdən həyasız çağırış: Qəzzaya bütün humanitar yardımlar dayandırılmalıdır

İsrailli nazirdən həyasız çağırış: Qəzzaya bütün humanitar yardımlar dayandırılmalıdır

Sionist İsraildə müxalif İsrail Evimiz Partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman Qəzza zolağına qida, su və yanacaq daxil olmaqla, bütün humanitar yardımlardan məhrum edilməsini tələb edib.

Az.rasthaber.com xəbər verir ki, X sosial media platformasındakı paylaşımında Liberman deyib:

"Bu gün Qəzzaya edilən bütün humanitar yardımlar dayandırılmalıdır. Nə yemək, nə su, nə siqaret, nə yanacaq, nə də mal var".

Qəzza zolağında məcburi köçkün olan təxminən 2 milyon fələstinli İsrailin bölgəyə tətbiq etdiyi məhdudiyyətlər, sərhəd qapılarını nəzarətə götürməsi, dərman və humanitar yardımların ölkəyə girişinin qarşısını alması səbəbindən çətin şərtlər altında sağ qalmaq üçün mübarizə aparır.

Xəbəri paylaş

VİDEOLAR