İsrailli nazirdən dəhşətli açıqlama: Daha çox fələstinli öldürülməlidir!

İsrailli nazirdən dəhşətli açıqlama: Daha çox fələstinli öldürülməlidir!

Sionist rejimin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinlilərə qarşı insanlığa yaraşmayan açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, Ben Gvir deyib ki, İsrail xalqı daha çox fələstinlinin öldürülməsini istəyir.

Sionist rejimin bu ifratçı naziri deyib:

"Biz bu hökumətdə son altı ayda 120 fələstinlini öldürdük və gələcəkdə daha çox olacaq və daha çox ehtiyac var və insanlar bizdən daha çox fələstinlinin öldürülməsini istəyir və biz bunu edirik və daha çoxunu da edə bilərik".

Xatırladaq ki, sionist rejimin İordan çayının qərb sahilinə qanlı basqınları və mühasirədə olan Qəzzə zolağına hava zərbələri ilə ilin əvvəlindən 174 fələstinli şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR