Sionist İsrailin Fələstində və Qəzza zolağında qırğın hücumları oktyabrın 7-dən bu yana aramsız olaraq davam edərkən, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökuməti qalmaqallı müharibəyə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, Ben Qvir, sosial şəbəkə hesabında paylaşdığı videoda deyib:
"Qallant, ordu sənin məsuliyyətindir, nə gözləyirsən, İsrail dövlətinə 100-dən çox raket atılıb, sakit oturursan?".
Livana hücuma çağıran Ben-Qvir “İndi cavab verməyə, hücuma keçməyə və döyüşməyə başlayaq” deyib.