İsrailli nazirdən Baydenə: "İsrail ABŞ-ın bir hissəsi deyil!"

İsrailli nazirdən Baydenə:

Sionist rejimin milli təhlükəsizlik naziri ABŞ prezidentinin son bəyanatlarını sərt şəkildə tənqid edərək deyib: Bayden başa düşməlidir ki, İsrail ABŞ-ın bir hissəsi deyil.

Az.rasthaber.com xəbər verir ki, Sionist rejimin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bazar günü ABŞ prezidenti Co Baydenin sionist rejim kabinetinin daxili vəziyyəti ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib.

Ben Qvir deyib: "Bayden anlamalıdır ki, İsrail Birləşmiş Ştatların bir hissəsi deyil".

Ben Qvir sözlərinə belə davam edib: "Əgər Bayden israillilərə silah paylamağın ekstremizm olduğuna inanırsa, mən onu Qüdsə və Hebrona səfərə dəvət edirəm."

Məlumat üçün qeyd edək ki, ABŞ prezidenti Co Bayden CNN-ə müsahibəsində deyib: “Netanyahunun kabinetinin bəzi üzvlərinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə baxışı problemin bir hissəsidir”.

ABŞ prezidenti CNN-ə müsahibəsində də deyib: “İsraillilərlə müntəzəm dialoqumuz var və Netanyahunun mötədil yol tutacağına ümid edirik.

İordan çayının qərb sahilindəki bütün problemlərin İsraildən qaynaqlandığını demirik, lakin İsrail bu bölgədəki problemlərin bir hissəsidir.

Biz hələ də inanırıq ki, iki dövlətli həll Fələstinlilərlə İsrail arasında münaqişəni sona çatdırmaq üçün düzgün yoldur.

Xəbəri paylaş

VİDEOLAR