İşğalçı sionist nazir İtamar Ben-Qvirin işğal altındakı İordan çayının qərb sahilində işğalçı mülki şəxslərə silah payladığı görülüb.
Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 16 min 715-i uşaq, 11 min 308-i qadın olmaqla 41 min 20 fələstinli şəhid olub, 94 min 925 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə şəhid olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
İsraildə işğal olunmuş Fələstin ərazilərində mülki insanları silahlandırmaq kampaniyası ilə tanınan ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bu dəfə işğal altındakı İordan çayının qərb sahilində işğalçı mülki şəxslərə avtomatik tüfənglər paylayıb.
Sionist nazir Gvir ötən ilin dekabrında verdiyi açıqlamada, "Hər tərəfdən tənqidlərə baxmayaraq, mən hər yerdə həm fövqəladə xidmət işçilərinə, həm də mülki şəxslərə silah paylamağa davam edəcəyəm. Silahların həyatını xilas etdiyini təkrar-təkrar görürük".
Qatil Ben-Qvir bir ay yarım ərzində “silahdan istifadə kursları açdığını, silah payladığını və mülki şəxslərin silah lisenziyası almasını asanlaşdırdığını” demişdi.