İsrailli nazir: Hökumət dağıla bilər!

İsrailli nazir: Hökumət dağıla bilər!

Sionist rejimin milli birlik naziri Çili Tropper çərşənbə axşamı səhər xəbərdarlıq edib ki, baş nazir Benyamin Netanyahu Qəzzada Həmas girovlarının azad edilməsinə dair məqbul razılaşmanı rədd edərsə, İsrailin fövqəladə müharibə hökuməti dağılacaq.

Az.rasthaber.com xəbər verir ki, qalan 136 girovun azad edilməsi üçün HƏMAS ilə razılığa gəlmək üçün hökumətə təzyiqlər davam etsə də, Tropper qeyd edib ki, Qəzzada müharibəyə son qoymaq bir seçim deyil.

“Biz ağır bədəl ödəməli olacağıq (girov müqaviləsində), lakin müharibənin dayandırılması İsrailin ödəmək istəmədiyi qiymətdir”, - Tropper əlavə edib. Əgər əldə edə biləcəyimiz razılaşma olsa və Netanyahu müqaviləni imzalamasa, hökuməti tərk edəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR