İsrailli hərbi əsirlər: Netanyahu üçün vəzifə kürsüsü bizdən daha önəmlidir

İsrailli hərbi əsirlər: Netanyahu üçün vəzifə kürsüsü bizdən daha önəmlidir

HƏMAS İsrail tərəfindən öldürülən əsgərlərin çıxışlarını və onların İsrailin baş naziri Benyamin Netanyahuya mesajlarını əks etdirən video yayımlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları sionist İsrail tərəfindən öldürülən əsgərlərin çıxışlarını və onların İsrailin baş naziri Benyamin Netanyahuya mesajlarını əks etdirən video yayımlayıb.

Videoda biri zabit olmaqla 4 İsrail əsgəri var. İsrail əsgərləri Netanyahunun atəşkəs etməsi və onların evlərinə qayıtmalarına icazə verməsini istəyirlər.

Əsir düşən 4 hərbiçi əl-Qəssab döyüşçülərinin onlara hörmətlə yanaşdıqlarını və istədikləri hər şeyi təmin etdiklərini bildirirlər.

Netanyahuya müraciət edən əsgərlər müharibənin və raket hücumlarının dayandırılmasını istəyirlər.

Videoda həmçinin qeyd olunub ki, İsrail əsgərləri ağ bayraq dalğalandıraraq “biz əsirik” qışqırırlar, lakin İsrail ordusu tərəfindən soyuqqanlılıqla öldürülüblər.

Videonun sonunda “Netanyahu üçün baş nazir kürsüsü uşaqlarınızın evə qayıtmasından daha önəmlidir”, - sözləri diqqət çəkir. 

Xəbəri paylaş

VİDEOLAR