İsrailli hərbi kəşfiyyatçıdan ETİRAF: Bu “yuxuya getmiş” kəşfiyyatımızın uğursuzluğudur

İsrailli hərbi kəşfiyyatçıdan ETİRAF: Bu “yuxuya getmiş” kəşfiyyatımızın uğursuzluğudur

İsrail Ordusunun hərbi kəşfiyyatında qulluq edən, həmçinin Rusiyada bir dönəm səfir kimi işləyən Tsvi Maqen İsrailin rusdilli saytlarıdan birinə müsahibə verib.

Az.rasthaber.com xəbər verir ki, müsahibə zamanı o İsrailin Fələstin müqavimətilə silahlı qarşıdurmalarını dəyərləndirib.

O İsrail ordusunu və kəşfiyyatını tənqid edib.

“İbranicə dedikləri kimi, “nəvzilikdə yuxuya getmiş” kəşfiyyatımızın böyük uğursuzluğu. Amma bundan sonra da sistem işləməli, ordu tam hazır olmalı idi – amma bu baş vermədi.
Bəzi yeni texnologiyanın İsrailin hərbi imkanlarını zərərsizləşdirdiyi barədə şayiələr yayılır, lakin mən belə bir məlumatın təsdiqini tapmadım.
Çaxal (İsrail ordusu) hücuma hazır deyildi və ordunun baş verənlərə reaksiya verməsi çox uzun çəkdi. Bunlar niyə və kimin günahıdır, ölkəyə və orduya rəhbərlik edənlər cavabını verməlidirlər.”

Keçmiş kəşfiyyatçı İranın bu vəziyyətdə planları ilə bağlı suala isə “Ancaq vəziyyətin necə inkişaf edəcəyini hələ bilmirik. İran HƏMAS vasitəsilə İsraildən qurtula bilməz. Zərər verə bilər, “cəzalandıra bilər”, təzyiq göstərə bilər, lakin məhv edə bilməz. Bəs onlar nə istəyirlər? Məsələn, indiki vəziyyətdə – ABŞ-ın dəstəyi ilə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına xələl gətirmək, çünki bu təşəbbüs İrana qarşı yönəlib. Bu müharibə normallaşmanı mümkünsüz etmək üçün kifayət edirmi? Səudiyyəlilərin hadisələrin inkişafından çox təəccübləndiyinə işarə var. Hər kəsi təəccübləndirə bilər, sual İsrail tərəfinin reaksiyasının necə olacağıdır.
Əminəm ki, bu müharibənin əvvəlində ağır itkilər verməsinə baxmayaraq, Çaxal öz missiyasını uğurla başa vuracaq. Bu barədə heç bir şübhəm yoxdur.”.- cavab verib.

Tsvi Maqen Rusiyanın son qarşıdurmalardakı rolu ilə bağlı faktlarının olmadığını deyib: “Mən belə bir məlumatın olduğunu iddia edə bilmərəm. Rusiya ilə İran arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım mövcuddur, lakin eyni zamanda Rusiya İsrailə qarşı ehtiyatlı davranır, çünki qarşılıqlı maraqlar mövcuddur.
Bununla belə, daha qlobal maraq Yaxın Şərqin vacib olduğu, ABŞ, Rusiya və Çinin maraqlarının toqquşduğu gələcək dünya məkanını formalaşdırır. Ona görə də Kreml ABŞ-ın başlatdığı normallaşma proseslərini korlamaqla yanaşı, Yaxın Şərq regionunda ciddi gərginlik yaratmaqla diqqəti Ukraynadakı müharibədən yayındırmaqda çox maraqlıdır. Ona görə də mən Rusiyanın bu hücumun hazırlanmasında iştirakını istisna etmirəm, lakin bunu təsdiq edə bilmərəm.
Rusiya rəhbərliyinin antisemit hücumlarına diqqət yetirin, buna ümumi prizmadan da baxmaq olar.”

Xəbəri paylaş

VİDEOLAR