İsrailli general: Nəsrullahı ciddiyə almaq lazımdır, çünki o, sözünün adamıdır

İsrailli general: Nəsrullahı ciddiyə almaq lazımdır, çünki o, sözünün adamıdır

İsrailin mediasının məlumatına görə, İsrail ehtiyat qüvvələrinin generalı bölgədə nizami orduların dağılmasından sonra İsrailin təhlükəsizliyi və hərbi nizamı üçün ən böyük təhdidin Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, İsrail ordusunda əməliyyat bölməsinin keçmiş komandiri bildirib:

"Nəsrullah ordunu və ümumilikdə təhlükəsizliyi təhdid edir. O, ətrafımızdakı nizami orduların dağılmasından bəri ən əhəmiyyətli təhlükəni yaradır. Ona görə də onu, şəxsiyyətini, sözlərini, davranışını izləmək həmişə yüksək rütbəli zabitlərin gündəmində olub və əlbəttə ki, mənim üçün də əsas prioritetlərdən biri olub.

Hər şeydən əvvəl Nəsrullaha hər zaman ciddi yanaşmaq lazımdır. Bir sözlə, sözünün üstündə durur. Ola bilsin ki, siz onun niyyətini heç vaxt başa düşə bilməzsiniz, amma bu adamın bütün sözləri əməlləri ilə uyğundur."

"Kanal 12"-nin Fələstin məsələləri üzrə şərhçisi bununla bağlı kontekstdə Seyid Nəsrullahın son çıxışı haqqında deyib:

"Nəsrullahdan eşitdiyimiz sözlər yeni deyil. Bu, əslində onun son aylardakı çıxışıdır və təhdidlər son həftələrdə pik həddə çatıb. Nəsrullahın həftələrdir danışdığı İsrailə qarşı çox hücum xəttidir. 

Hizbullahdan eşitdiyimiz diskurs İsrailin təslim olması deməkdir. Ona görə ki, İsraildə qaz çıxarmalı olan Energean şirkəti həftələrdir ki, qazın sentyabrda çıxarılacağını deyirdi, indi isə oktyabra təxirə salınıb".

Qeyd edək ki, Seyid Nəsrullah dünən çıxışında, Livan tələblərini almadan “Kariş” yatağından neft və qazın çıxarılmasına icazə verilməsinin mümkün olmadığını vurğulayaraq, bunun qırmızı xətt olduğunu qeyd edib.

Seyid Nəsrullah, "İsrailin sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təhdidləri əbəsdir. Qərarımız və yanaşmamız bəllidir", - deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR