İsrailli fəallar: Qəzzada soyqırımı dayandırın!

İsrailli fəallar: Qəzzada soyqırımı dayandırın!

Terrorçu İsrail hökumətini Qəzzada qətliam törətməkdə ittiham edən kiçik bir yəhudi fəal qrupu Təl-Əvivdə nümayiş keçirərək atəşkəsə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, təxminən 150 nəfərlik qrup ibrani, ərəb və ingilis dillərində "Qəzzanı bombalamağı dayandırın", "Qəzzada uşaqlar var", "Qəzzədə soyqırımı dayandırın" yazılı lövhələr daşıyıb. Nümayişçilərdən biri Ariel Davidov İsrail hökumətini və polisini müharibə əleyhinə səsləri boğmaqda ittiham edib.

Qəzzada fələstinlilərə qarşı soyqırım olduğunu və bunun üçün İsrail və ABŞ-ın birgə məsuliyyət daşıdığını bildirən Davidov, "Müharibə əleyhinə nümayiş təşkil etmək istəyən insanlar saxlanılır, zorakılığa məruz qalır və yatırılır. Təşkil etdiyimiz bu etiraz aksiyasıdır. Qəzzada törədilən soyqırıma etiraz edirik" .

İsraildə onun kimi düşünənlərin çox az olduğunu deyən Davidov bu bir neçə fərqli səsi boğmaq istədiklərini qeyd edib. İctimai Mübarizə Hərəkatının üzvü olan israilli Yaşa Marmer nümayişə İsrail ordusunun Qəzzadan bir an əvvəl çəkilməsini və fələstinlilərə qarşı qırğına son qoymasını tələb etmək üçün qatıldığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR