İsrailli deputatdan qan donduran sözlər: Ramazan fələstinliləri öldürmək üçün ən yaxşı aydır

İsrailli deputatdan qan donduran sözlər: Ramazan fələstinliləri öldürmək üçün ən yaxşı aydır

Sionist İsrailin Fələstində və Qəzza zolağında qırğın hücumları aramsız davam edərkən, israilli deputat Almogh Cohen müsəlmanları hədəf alan qalmaqallı bəyanatla çıxış edib.

Az.rasthaber.com xəbər verir ki, Koen deyib:

"Ramazan fələstinliləri öldürmək üçün ən yaxşı vaxtdır, çünki onların hamısı oruc tutur".

Alçaq, İslam əleyhdarı millət vəkili Koen açıqlamasında bu ifadələrdən istifadə edib:

"Netanyahu ordunun Rəfaha daxil olmasına icazə verməlidir. Fələstinlilər oruc tutur, yorğundurlar və zərrə qədər də gücləri yoxdur. Biz onların sümüklərini qırmalıyıq.

Qardaşlarımızı girov götürdülər. Ramazanda oruc tutduqları üçün biz də gözləyirik, bu necə gülüncdür! Ramazan onları öldürmək üçün ən yaxşı aydır. Çünki onlar zəif və gücsüzdürlər. Mənim onlara rəhmim yoxdur. "Netanyahu, hərəkətə keç və fələstinliləri öldür, onları öldür.".

Xəbəri paylaş

VİDEOLAR