"İsraillə normallaşan ölkələr jurnalist Əbu Əqilənin şəhadətindən utanmalıdırlar!"

"Bölgədə (işğalçı) İsrail rejiminin varlığını normallaşdırmağa və ona kömək etməyə çalışan ölkələr Şəhid Əbu Əqilənin şəhadətindən utanmalıdırlar"

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah deyib.

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Nəsrullah Bekaa vadisində keçirilən seçki festivalında bildirib ki, yeni parlamentdə və hökumətdə, iqtisadiyyatda, keçidlər, layihələr və səfərlərdə Livan və Suriya arasında normal münasibətlərin bərpası üçün işlər görülməlidir.

Seçki kampaniyaları zamanı baş verənləri şərh edən Nəsrullah bildirib:

"Düşmənlər və müxalifətlər siyasi, maliyyə və media təzyiqləri ilə Bekaa sakinlərini müqaviməti dəstəkləməkdən çəkindirməyə çalışırlar. Suriya da daxil olmaqla müqavimətin yanında olacağımızı bir daha bildiririk".

Seyid Nəsrullah sionist rejimin fələstinli jurnalist Şirin Əbu Əqiləyə qarşı son hücumuna reaksiya verərək deyib:

"Şəhid Əbu Əqilə sionist rejimin qətllərinin və Fələstin xalqına edilən zülmlərin şahidi olub. Fələstində, Misirdə və Livanda İsrail rejiminin qəddar mahiyyətinin obyektiv və oxşar təzahürləri var. Şəhid Əbu Əqilənin xristian olması böyük bir mesajdır.

Bölgədə (işğalçı) İsrail rejiminin varlığını normallaşdırmağa və ona kömək etməyə çalışan ölkələr Şəhid Əbu Əqilənin şəhadətindən utanmalıdırlar".

Xəbəri paylaş

VİDEOLAR