"İsraillə münasibətləri normallaşdırmaqla nə qazanacaqsınız?"

"İnanıram ki, “İbrahim” müqaviləsi problemləri həll etməyəcək. Çünki söhbət İsraillə münasibətlərin normallaşdırılmasından gedir"

Az.rasthaber.com xəbər verir ki, bunu Qətərin keçmiş baş naziri çərşənbə günü axşam verdiyi açıqlamasında bildirib.

Qətərin keçmiş baş naziri Həməd Bin Casim əl-Tani daha sonra deyib:

"Fələstinlilərlə israillilər arasında sülhün bərqərar olması üçün buna inanan və istəyən məmurların olması lazımdır.

“İbrahim” adlanan müqavilə problemləri həll etməyəcək, bunu dediyim üçün üzgünəm, lakin münasibətlərin normallaşmasından danışırıq.

Mən Fələstin məsələsini izləyirəm və arzum budur ki, bu problemlər həll olunsun və fələstinlilər sülh içində yaşasınlar.

Mən baş nazir olanda hər gün israillilərlə danışırdım, lakin sülh vizyonu və ya məqsədi olmadan yeni bir ideya irəli sürmək hələ tezdir.

Bu səbəbdən Qətər hələ də İbrahim müqaviləsini imzalamayıb və yəqin ki, heç vaxt da imzalamayacaq. Münasibətlərin normallaşmasından nə qazanacaqsınız?

Milyonlarla fələstinli on illərdir hərbi şəraitdə yaşayır və biz hər gün onların fundamental hüquqlarının pozulduğunu görürük.

Beynəlxalq ictimaiyyət sionist rejimin inzibati həbsləri və digər aparteid əməlləri barədə susur, Fələstin torpaqlarının davamlı işğalına və Fələstin hüquqlarının pozulmasına yaşıl işıq yandırır".

Xəbəri paylaş

VİDEOLAR