Yeni Dehlidə sionist İsrail səfirliyi yaxınlığında partlayışın baş verdiyi, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, axşam saatlarında Yeni Dehli səfirliyi qarşısında partlayış baş verib.
Səfirlik əməkdaşlarının sağ olduğu, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Hindistan təhlükəsizlik orqanlarının İsrail rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırma başlatdığı açıqlanıb.