İsrailin XİN başçısı BƏƏ-yə ilk rəsmi səfərə getdi

İsrailin XİN başçısı BƏƏ-yə ilk rəsmi səfərə getdi

İsrail Xarici İşlər Naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Yair Lapid, İsrail və BƏƏ arasında münasibətlər normallaşdıqdan sonra Əbu-Dabini ziyarət edən ilk İsrail naziri olub.

İsrail Xarici İşlər Naziri Yair Lapid, 2 günlük səfəri çərçivəsində BƏƏ Xarici işlər naziri Abdullah İbn Zayed Al Nahyan ilə görüşəcək. İsrailin Əbu-Dabi səfirliyi və Dubay konsulluğunun rəsmi açılış mərasiminə qatılacaq.

Xatırladaq ki, İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə 15 sentyabr 2020-ci ildə Ağ Evdə imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR