İsrailin Suriyaya hava hücumunun ölkəyə vurduğu ZİYANLAR

İsrailin Suriyaya hava hücumunun ölkəyə vurduğu ZİYANLAR

Sionist İsrailin Suriyanın Əl Hari qəsəbəsi və Deyr əz-Zor çölündə yerləşən Bukamal sərhəd qapısını hədəf alan hava hücumu bir çox ictimai obyektin və vətəndaşların əmlakının dağıdılmasına səbəb olub.

Az.rasthaber.com xəbər verir ki, bura Bukamal şəhərini İraq sərhəd qapısı ilə birləşdirən yolda Humeyda körpüsünün dağıdılması, su və elektrik şəbəkələrinin dağıdılması, bir çox sakinlərin evlərinə və mülklərinə ziyan dəyməsi daxildir.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın xəbərinə görə, bölgə sakinlərindən Əhməd Rəfi bu hücumların xüsusilə insanların evlərinə və mülklərinə ziyan vurduğunu bildirib.

Bölgənin digər sakini Vəlid əl Əli bu hücumlardan uşaqların və qadınların qorxduğunu və dəhşətə gəldiyini bildirib.

Digər tərəfdən, rayon sakinlərinin ifadələrinə görə, bu hücumlar nəticəsində çoxlu mal-qara yaralanıb.

Sionist rejim 2 gün əvvəl Deyr əz-Zor ətrafındakı bəzi bölgələrə hava hücumu təşkil edərək, 2 əsgəri yaralayıb və maddi ziyan vurub.

Xəbəri paylaş

VİDEOLAR