Xəbər mənbələri bazar ertəsi səhər sionist rejimin Suriyanın mərkəzindəki bölgələrə hava hücumu nəticəsində azı 14 mülki vətəndaşın şəhid olduğunu və 43 nəfərin yaralandığını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın Həma əyalətinin qərb ətraflarında yerləşən Misyaf şəhər xəstəxanasının direktoru Feysəl Heydər sionist rejimin bu bölgəyə hava hücumu nəticəsində 4 mülki vətəndaşın şəhid olduğunu, 14 nəfərin isə yaralandığını, onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Bununla bağlı Suriya ordusunun rəsmisi SANA xəbər agentliyinə deyib: Bazar günü gecə saat 23:20 radələrində düşmən İsrail Livanın şimal-qərbindən hücuma keçərək Suriyanın mərkəzi bölgəsindəki hərbi mövqeləri hədəfə alıb.
Bu hərbi rəsmi əlavə edib: Suriya ordusunun müdafiə sistemləri düşmən hədəfləri ilə qarşılaşıb və nəticədə bu hücum nəticəsində 14 nəfər şəhid olub, 43 nəfər yaralanıb.