İsrailin su altında qalan qırıcıları ilə bağlı istintaq yekunlaşdı: 8 milyon dollar ziyan dəyib

İsrailin su altında qalan qırıcıları ilə bağlı istintaq yekunlaşdı: 8 milyon dollar ziyan dəyib

Bu məsələdə İsrail Ordusuna 30 milyon şekel (8 milyon dollardan çox) ziyan dəyib.

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki,  yanvar ayında leysan yağışlardan sonra İsrailin hərbi bazalarının su ilə dolması və qırıcılarının sıradan çıxması ilə bağlı tam olaraq məlumatın yayılması ilə bağlı senzura götürülməyib.

Lakin bu qalmaqalla bağlı xidməti istintaqla bağlı bəzi məlumatların yayımlanmasına icazə verilib.

İsrail mediası bildirir ki, İsrail qırıcılarının suda qərq olduğu “Xatsor” hərbi hava bazasının komandiri polkovnik A. (adı açıqlanmır) vəzifəsindən qovulub.

Ekspertlərin ilkin rəyinə görə qırıcıların su altında qalmasının səbəbi, kanalizasiya sisteminin işləməməsi, düzgün məlumatın vaxtında verilməməsi olub.

Onların rəyinə görə, bu məsələdə İsrail Ordusuna 30 milyon şekel (8 milyon dollardan çox) ziyan dəyib.

HHQ komandanı Amikam Norkin məsələ ilə bağlı hərbçilər önündə çıxışında “Hərbi aviasiya hissəsinə ciddi ziyan dəymişdir. Əlbəttə əgər düzgün hazırlıq olsaydı, ziyanı azaltmaq mümkün olardı.”, -deyə bildirib.

O həmçinin deyib ki, bu haqda senzura olmasaydı, vaxtında operativ addımlar ciddi ziyanın qarşısını alardı.

Məlumata görə, su altında 8 qırıcı qalıb və onların 5-i təmir olunub, lakin 3-ünün təmiri 1-2 ay sürəcək və 3 qırıcının xidmətə yararlı olması hələ dəqiq məlum deyil.

Xəbəri paylaş

VİDEOLAR