"İsrailin son təcavüzünə cavab bu rejimin başçılarının təsəvvürünə sığmayacaq formada planlaşdırılıb"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran İslam Respublikasının heç vaxt öz ərazisinə hücuma dözməyəcəyini vurğulayıb və deyib: Sionist rejim İranın müqəddəs ərazisinin pozulmasının əvəzini mütləq ağır şəkildə ödəyəcək.

Az.rasthaber.com İrna-ya istinadən xəbər verir ki, İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Silahlı Qüvvələrin Ali Baş Komandanlarının toplantısında deyib: Livandakı müharibədə onların ən mühüm məqsədi işğal olunmuş ərazilərin şimalının təhlükəsizliyini sabitləşdirmək və bu ərazilərin sakinlərini geri qaytarmaq arzusunu həyata keçirmək idi ki, bu da nəinki reallaşdırılmamış, hətta Hayfa və Tel-Əviv kimi şəhərlərdə geniş miqyasda kütləvi təhlükə ilə üzləşmişdir. 

Baqiri deyib: Sionist Ordu Qəzza zolağına hücumun ən mühüm məqsədinin əsirlərin azad edilməsi olduğunu bəyan etmişdi. Amma indi, 14 aylıq Əl-Əqsa tufanı əməliyyatından sonra nəinki bu əsirlərin harada saxlandığına dair bir işarə belə tapa bilmədilər, hətta bir neçə aylıq genişmiqyaslı müharibədən sonra bu rejimin baş naziri bir bəyanat verərək əsirlərin azad edilməsinə görə mükafat təyin etməli oldu. 

O, bu rejimin İrana qarşı son təcavüzünə toxunaraq dedi: Sionistlər bu hərəkəti ilə İslam Respublikasının qırmızı xətlərini keçmişlər. Amma bilsinlər ki, İran İslam Respublikasının silahlı qüvvələri əxlaq və dini təlimlərə əsaslanan və beynəlxalq qanunlara əsaslanaraq, ərazi bütövlüyünün müdafiəsi istiqamətində və doğru zamanda, gecikmədən və tələsmədən dəqiq və tədbirlə təcavüzkarlara təəssüfləndirici və fərqli cavab verəcəklər. 

General-mayor Baqiri vurğulayıb: İran İslam Respublikası heç vaxt öz torpağına hücuma dözməyəcək və onu cavabsız qoymayacaq və bu halda mütləq müvafiq reaksiya verəcək. 

O, “Doğru vəd”in iki əməliyyatına toxunaraq əlavə etdi: Bu iki əməliyyat taktika və icra forması və hətta istifadə edilən silahların növü baxımından bir-birindən fərqli olduğu kimi, İsrailin son təcavüzünə cavab bu rejimin rəhbərlərinin təsəvvürünə sığmayacaq formada planlaşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR