İsrailin Ramazan bayramında da davam edən qətliamı: Gecə boyu evləri bombaladı

İsrailin Ramazan bayramında da davam edən qətliamı: Gecə boyu evləri bombaladı

Sionist İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrində bir evə təşkil etdiyi bombalı hücumda aralarında qadın və uşaqların da olduğu 14 nəfər şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, sionist İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsindəki bir evə hava hücumu həyata keçirib.

Hücum zamanı aralarında qadın və uşaqların da olduğu ən azı 14 fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.

Şahidlər bildiriblər ki, sionist İsrail döyüş təyyarələri Əbu Yusif adlı fələstinli ailənin Nuseyrat Qaçqınlar Düşərgəsindəki evini bombalayıb.

Hadisə şahidləri, hücumun hədəfi olan evdə aralarında qadın və uşaqların da olduğu onlarla insanın öldüyünü və yaralandığını, hücum nəticəsində evin dağıldığını, ətrafdakı evlərə də ziyan dəydiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR