İsrailin Qəzzaya son hücumunun maddi ziyanları açıqlanıb

İsrailin Qəzzaya son hücumunun maddi ziyanları açıqlanıb

İsrailin üç gün çəkən son hücumunda Qəzzada evlər və obyektlərə beş milyon dollar dəyərində ziyan dəyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Məskunlaşma Nazirliyi məlumat verib.

Bildirilib ki, İsrailin Qəzzaya 56 saat çəkən son birbaşa hücumunda beş milyon dollarlıq maddi ziyan qeydə alınıb.

Əlavə edilib ki, bundan öncəki müharibələrdə yəni 2014 və 2021-ci ilin döyüşlərində dağıntıların yalnız 40 faizi təmir və bərpa edilib.

Bundan öncəki dağıntıların aradan qaldırılması üçün 200 milyon dollara hetiyac olduğu bildirilib.

Qeyd edək ki, İsrailin bu hücumunda 44 fələstinli həlak olub ki, onların 15-i uşaqdır.

Xəbəri paylaş

VİDEOLAR