İsrailin Qəzzaya hücumunda ölənlərin sayı açıqlanıb

İsrailin Qəzzaya hücumunda ölənlərin sayı açıqlanıb

İsrailin Qəzzaya üç günlük hücumunda həlak olanların sayı 44-ə çatıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazilriyi məlumat yayıb.

Bildirilib ki, son üç gündə İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olanların sayı 44-ə çatıb.

Bu hücumda yaralananlar 360 nəfər təşkil edir.

Ölənlərin 15-i uşaqdır.

İsrail mətbuatının məlumatına görə bu müddət ərzində fələstinli hərəkatlar mindən çox raket və mərmi atıblar.

İsraildə azı 10 nəfərin yaralandığı və cavab atəşi nəticəsində külli miqdarda maddi ziyanların qeydə alındığı bildirilir.

Bildirək ki, artıq tərəflər ötən gecədən atəşkəs razılaşmasını əldə ediblər.

Xəbəri paylaş

VİDEOLAR