İsrailin endirdiyi zərbə nəticəsində Qəzza zolağında Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı həlak olub.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, mərhumun Fransa Baş Konsulluğundan olan həmkarı ilə birlikdə yaşadığı Rəfahdakı ev atəşə tutulub.
Zərbə zamanı onların daha iki həmkarı və ailə üzvləri evdə olub.
Atəş nəticəsində ümumilikdə on nəfərin öldüyü dəqiqləşdirilir.