Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hücumlar nəticəsində 70-ə qədər fələstinli həyatını itirib, təxminən 190 nəfər isə yaralanıb. Bu barədə cümə axşamı Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Az.rasthaber.com xəbər verir ki, “Son 24 saat ərzində xəstəxanalara 70 meyit və 189 yaralı gətirilib,” – deyə nazirlik Telegram kanalında bildirib.
Nazirliyin verdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayının əvvəlindən başlayan gərginlikdən bu yana Qəzza zolağında ölənlərin sayı 54,677 nəfərə yaxınlaşır, yaralananların sayı isə 125,530 nəfərdir.
Cümə axşamı səhər saatlarında İsrail Qəzza şəhərində bir qrup jurnalistə qarşı dron zərbəsi endirib. Fələstin Müqavimət Hərəkatı Həmasın bildirdiyinə görə, nəticədə yerli televiziya kanallarının üç əməkdaşı həlak olub.