İsrailin Qəzzaya aviazərbələrində aralarında uşaqlar da olmaqla azı 10 nəfər həlak olub

İsrailin Qəzzaya aviazərbələrində aralarında uşaqlar da olmaqla azı 10 nəfər həlak olub

İsrail ötən gün axşam saatlarından başlayaraq Qəzzaya şiddətli hava zərbələri endirir. Azı 10 nəfərin həlak olduğu bildirilir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin ötən gün axşam Qəzzaya hava zərbələrində ölənlər arasında “İslami Cihad” hərəkatının tanınmış komandiri Təysir əl-Cəbəri və onun ailə üzvləri də var. Azı 10 nəfərin həlak olduğu deyilir.

Bundan sonra fələstinli hərəkatlar İsrailin nəzarətindəki əraziləri onlarla raketlə hədəfə almağa başlayıblar.

İsrail mənbələri atılan 80 raketdən yalnız 33-nün zərərsizləşdirildiyini bildiriblər.

Məlumata görə İsrailin nəzarətində olan Aşdodda, Sderot, Şaar Hanegev, Aşkelon, Kerem Şalomda, eləcə də paytaxt Təl-Əvivdə həyəcan siqnalları çalınıb və yeraltı sığınacaqlara girmək tələb edilib.

İsrailin ən böyük hava limanı Ben-Qurionda uçuşların bəzisi təxirə salınıb, bəzisinin istiqamətləri dəyişdirilib.

Xəbəri paylaş

VİDEOLAR