İsrailin Qəzzada törətdiyi qırğında şəhidlərin sayı 10 mini ötüb

İsrailin Qəzzada törətdiyi qırğında şəhidlərin sayı 10 mini ötüb

Qəzzə zolağına qarşı müharibənin ikinci ayına girdiyi bir vaxtda sionist rejimin döyüş təyyarələri və artilleriyasının şəhərin müxtəlif bölgələrində mülki əhalinin evlərini hədəfə alması onlarla fələstinli mülki vətəndaşın, o cümlədən uşaq və qadının şəhid olmasına səbəb olub.

Az.rasthaber.com xəbər verir ki, oktyabrın 7-dən bu yana şəhid olan fələstinlilərin sayı 10 mini keçib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın Qəzzadakı hadisələri xəbər verdiyi xəbərə görə, İsrail təyyarələri Rəfah şəhərindəki Şabbura Qaçqınlar Düşərgəsində əl-Həmayde ailəsinin evini hədəfə alıb, onlardan biri qadın olmaqla, 5 nəfəri şəhid edib.

Sionist rejim döyüş təyyarələri və artilleriya bölmələri Qəzza zolağının Tel əl-Heva bölgəsindəki Qüds xəstəxanasının ətrafını, Şati və əl-Məqazi qaçqın düşərgələrini, Zeytun bölgəsini və Beyt Hanun bölgəsində bir çox yeri bombalayıb. Bombardman nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilib.

Fələstin Qızıl Aypara Cəmiyyəti sionist rejim döyüş təyyarələrinin Qüds xəstəxanası ətrafını iki raketlə vurduğunu elan edərkən, yardım təşkilatlarını Qəzzaya və şimal bölgəsinə təcili əsas yardımları çatdırmağa çağırıb.

Digər tərəfdən xəstəxana mənbələri Qüds Xəstəxanasında 48 saat, Avde Xəstəxanasında 30 saat, İndoneziya Xəstəxanasında 24 saat yanacaq qaldığını və İndoneziya Xəstəxanasında bəzi şöbələrin artıq xidmətdən çıxdığını açıqlayıb.

Bureyc Qaçqınlar Düşərgəsindəki məscidin İsrail döyüş təyyarələri tərəfindən vurulduğu da bildirilib.

Xəbəri paylaş

VİDEOLAR