İsrailin Qəzzada öldürdüyü fələstinlilərin sayı 44 835-ə çatıb

İsrailin Qəzzada öldürdüyü fələstinlilərin sayı 44 835-ə çatıb

2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda İsrail tərəfindən qətlə yetirilən günahsız fələstinlilərin sayı artmağa davam edir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi bu barədə ən son məlumatları açıqlayıb.

Belə ki, təkcə son sutka ərzində İsrail odusu 3 kütləvi qırğın törədərək 30 dinc qəzzalını öldürüb, həmçinin 99 nəfəri də yaralayıb.

Beləlik də, 433 gün ərzində İsrail əsgərlərinin qətlə yetirdiyi mülki Qəzza sakinlərinin sayı 44 835 nəfər, xəsarət alanların sayı isə 106 356 nəfərə çatıb.

İsrailin öldürdüyü Qəzza sakinlərinin böyük hissəsini uşaqlar və qadınlar təşkil edir.

Təxminən 10 min qəzzalı isə itkin düşüb.

Müharibə davam etdiyi üçün tam dəqiq rəqəmləri səsləndirmək qeyri-mümkündür, ehtimallara əsasən, İsrailin qətlə yetirdiyi fələstinlilərin sayı açıqlanan rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunu hərtərəfli – sudan, qurudan və havadan blokada saxlayır və oranı şiddət şəkildə bombardman edir. Bölgədə aclıq və susuzluq hökm sürür.

Xəbəri paylaş

VİDEOLAR