İsrailin Qəzza zolağına hücumları davam edir

İsrailin Qəzza zolağına hücumları davam edir

Sionist İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 10 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, şahidlərin sözlərinə görə, işğalçı sionist İsrail döyüş təyyarələri Qəzzanın şimalında Cibaliya bölgəsində fələstinli "Ebu Verde" ailəsinə məxsus evi hədəf alıb. Hücum nəticəsində 4 mərtəbəli binada böyük dağıntı baş verib, çox sayda insan dağıntılar altında qalıb. Hadisədən sonra yerli sakinlər tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA, hücumda 5-i qardaş olmaqla 9 fələstinlinin şəhid olduğunu, çoxlu sayda insanın yaralandığını bildirib. Yerli mənbələr İsrail ordusunun Qəzzanın Zeytun bölgəsinə də pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyini bildirib.

Hücumlardan sonra Cibaliya bölgəsində bir binanın yuxarı mərtəbəsinə edilən hava hücumunda ən azı bir fələstinli həyatını itirib. Avde Xəstəxanası mənbələri, İsrailin hücumlarında yaralanan 2-si uşaq, 3-ü qadın olmaqla 12 fələstinlinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Fələstin xalqı İsrailin son hücumlarından sonra böyük təşviş içindədir. Beynəlxalq ictimaiyyət Qəzzada hücumları dayandırmağa çağırır.

Xəbəri paylaş

VİDEOLAR