İsrailin prokuroru hava qüvvələrini Netanyahuya qarşı mülki itaətsizliyə çağırıb

İsrailin prokuroru hava qüvvələrini Netanyahuya qarşı mülki itaətsizliyə çağırıb

Sionist rejimin keçmiş baş prokuroru “Moşe Lador” Benyamin Netanyahunun əleyhinə minlərlə sənəd və sübut olmasına baxmayaraq həbs edilməməsi səbəbilə hərbi hava qüvvələrinin ehtiyatda olan pilotlarından mülki itaətsizlikdə iştirak etmələrini və orduda hərbi xidmətə qarşı çıxmalarını istəyib.

Az.rasthaber.com xəbər verir ki, Ladorun tələbi İsrailin baş naziri Benyamin Netanyahunun məhkəməyə çıxmasından dörd gün sonraya təsadüf edir.

Sionist media mənbələri çərşənbə günü elan ediblər ki, işğalçı rejimin baş naziri ardıcıl korrupsiya ittihamları ilə bağlı iki gün dalbadal yeraltı raket əleyhinə zalda məhkəməyə gəlib.

Xəbəri paylaş

VİDEOLAR